Sentyabrın 4-də Ermənistanın Litvadakı səfiri Ara Marqaryan Litva Respublikası Seyminin sədr müavini Viktoriya Çmilite-Nilsen ilə görüşüb. Bu barədə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
“Həmsöhbətlər Ermənistan-Litva ikitərəfli gündəliyinə toxunub, iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsini məmnuniyyətlə qeyd ediblər.
Səfir Marqaryan Ermənistan-Litva diplomatik münasibətlərinin 35-ci ildönümü çərçivəsində səfirlik tərəfindən həyata keçirilən tədbirlər və proqramları təqdim edib.
Onlar parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar”, - deyə bəyanatda bildirilir.