Rusiya Prezidenti və Hindistan Baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Bişkekdə görüşüblər.
Narendra Modi ölkələr arasında işgüzar əlaqələrin yeni impuls qazanmasından və Moskva ilə Nyu-Dehlinin hər iki xalqın rifahı naminə çalışmasından məmnunluğunu bildirib. Rusiya-Ukrayna münaqişəsinə toxunulub.
"Hindistan sülh üçün bütün səyləri dəstəkləyir. Hər yeni müharibə günü əslində bəşəriyyəti geri itələyir. Biz sonsuz müharibədən onun sonuna doğru irəliləməliyik", - deyə Hindistan Baş naziri vurğulayıb.
Modinin sözlərinə görə, sülh yolu ilə həll bütün bəşəriyyətin tələbidir. Vladimir Putin Moskvanın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istiqamətində irəlilədiyinə əminlik bildirib. O, bütün məsələlərin sülh yolu ilə həll edilməsinin vacibliyində israr edib.