Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Bişkekdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla qısa söhbət edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan xarici işlər naziri, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində, həmçinin ER Baş nazirinin Hindistan Baş naziri, Tacikistan Prezidenti və Azərbaycan Prezidenti ilə görüşlərində iştirak edib.