Avqustun 25-də Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Bu barədə Parlament məlumat verib.
Qonağı salamlayan Sarqis Xandanyan Ermənistan-NATO münasibətlərinin sıxlığının vacibliyini vurğulayıb və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialdan danışıb.
Qonağın xahişi ilə Komitə sədri regiondakı mövcud təhlükəsizlik vəziyyətini təqdim edib və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki son inkişaflara toxunub.
Aleksandr Vinnikov Sarqis Xandanyanı yeni seçilmiş parlamentdə Komitə sədri seçilməsi münasibətilə təbrik edib. NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri NATO-Ermənistan əməkdaşlığının dərinləşməsi barədə danışıb və Ermənistanın Kosovo Qüvvələrinin bir hissəsi kimi həyata keçirilən sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.
Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.