Müvafiq saziş təsdiqləmə prosesindən keçir və TRIPP şirkətinin yaradılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir. Bunu Nikol Paşinyan brifinq zamanı dedi.
“Heç bir maneə yoxdur, yəni bu, vaxt aparan sadə bir iş prosesidir və Ermənistan və ABŞ nümayəndələri birlikdə işləyirlər”, - deyə o bildirib.
O qeyd edib ki, TRIPP həm də sülhün institusionallaşdırılması addımlarından biridir, çünki yollar açıldıqda, kommunikasiya və blokadalar aradan qaldırıldıqda, bu, sülhün çox güclü qarantiyasıdır, çünki bütün ölkələr bu sülhdən faydalanacaqlar.
"Sülh sazişinin imzalanması üzərində işlər davam edəcək”, - deyə o bildirib.