18 avqustda ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Hindistan müdafiə naziri Rajeş Kumar Sinqi qəbul edib. Bu barədə ER XİN məlumat verir.
Hər iki tərəf dinamik inkişaf edən Ermənistan-Hindistan münasibətlərini yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasında artan əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. ER xarici işlər nazirinin müavini Ermənistanın Cənubi Qafqazda bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş səylərini təqdim edib.