Səfir Narek Mkrtçyan səfirlikdə Qlobal Ətraf Mühit Fondunun (GEF) yeni seçilmiş icraçı direktoru və prezidenti Dieqo Mesa Puyonu qəbul edib.
“Səfir sonuncunu məsul vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Ermənistan Respublikası ilə Qlobal Ətraf Mühit Fondu arasında qurulan səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.
Görüş zamanı Dieqo Mesa Puyo Fondla Ermənistan arasında ətraf mühitin mühafizəsi və davamlı inkişaf gündəliyi çərçivəsində əməkdaşlığı dərinləşdirməyə və genişləndirməyə hazır olduğunu bildirib.
O, həmçinin Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiyanın 17-ci Tərəflər Konfransında (COP17) iştirak etmək üçün Qlobal Ətraf Mühit Fondunun nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib”, - deyə bəyanatda bildirilir.