24 avqustda ER Parlamentinin sədri Ruben Rubinyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib. Bu barədə Parlamentin mətbuat xidməti məlumat verib.
Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin konstruktiv dialoqu davam etdirmək və uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
Tərəflər ER Parlament ilə RF Parlament arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın fəaliyyətinə əhəmiyyət verib, birgə işi yüksək qiymətləndiriblər.
Həmsöhbətlər ikitərəfli əməkdaşlığın inkişafının qarşılıqlı maraq doğuran geniş məsələlərin effektiv həllinə yönəlmiş birgə səylərə töhfə verəcəyinə əminliklərini bildiriblər.