1 sentyabrda ER Parlamentinin sədri Ruben Rubinyan ölkəmizdə diplomatik missiyasını başa vuran Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib.
Ruben Rubinyan səfirə Ermənistan və Fransa arasında münasibətlərin inkişafına verdiyi mühüm töhfəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir həmçinin Parlament sədrinə səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Görüşdə yüksək səviyyəli ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib. Bu kontekstdə dostluq qruplarının fəal rolu yüksək qiymətləndirilib.
Tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının inkişaf perspektivlərini məmnuniyyətlə qeyd ediblər.
Regional inkişafla bağlı məsələlər də müzakirə edilib.