Çexiya Respublikasına işgüzar səfəri zamanı ER Ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan Çexiya nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.
“Görüş zamanı aviasiya, dəmir yolu və avtomobil sektorlarında əməkdaşlıq imkanlarını müzakirə etdik.
Vurğuladım ki, Ermənistan Çexiya ilə şəhər və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirməkdə, o cümlədən texniki məsləhətlər, təcrübə mübadiləsi və Çexiya şirkətlərinin iştirakında maraqlıdır.
Hər ikimiz iki ölkə arasında müntəzəm hava nəqliyyatının vacibliyini vurğuladıq.
Hazırda Wizz Air həftədə 3 dəfə Yerevandan Praqaya birbaşa uçuşlar həyata keçirir.
Çexiyalı həmkarımızla qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdik”- deyə nazirin Facebook paylaşımında deyilir.