Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Kipr Respublikasının Prezidenti Nikos Xristodulides arasında telefon danışığı baş tutub.
Həmsöhbətlər Ermənistan-Kipr münasibətlərinin yüksək səviyyəsini və siyasi dialoqun intensiv xarakterini məmnuniyyətlə vurğulayıblar. İkitərəfli münasibətlərin gündəliyi və onun daha da təşviqi ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Ermənistan-Avropa İttifaqı əməkdaşlığına toxunulub. Nikos Xristodulides Kiprin Ermənistan-Aİ münasibətlərinin daha da inkişafına və genişlənməsinə davamlı dəstəyini ifadə edib.