İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, ABŞ qüvvələri tərəfindən Fars körfəzində blokadaya və "misli görünməmiş təhlükəsizlik" yaratmasına baxmayaraq, ötən gün tankerlər və konteyner gəmiləri də daxil olmaqla 31 ticarət gəmisi Hörmüz boğazından keçib.
Gəmilərin keçidi İİKK Hərbi Dəniz Qüvvələri tərəfindən əlaqələndirilib.
Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı İranın dəniz blokadasının davam etdiyini və 21 may tarixinə qədər Mərkəzi Komandanlığın 94 ticarət gəmisini yönləndirdiyini, onlardan 4-ünün xidmətdən çıxarıldığını qeyd edib.