Qazaxıstan xarici işlər naziri Ermek Koşerbayev 8-9 aprel tarixlərində Ermənistana rəsmi səfər edəcək. Bu barədə ER Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Nümayəndə heyətinə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də daxildir.
9 apreldə ER Xarici İşlər Nazirliyində xarici işlər nazirlərinin qapalı görüşü, ardınca isə geniş tərkibli görüş keçiriləcək.