ABŞ vitse-prezidenti Cey Di Vensin sözçüsü Teylor Van Kirk özünün X səhifəsində Erməni Soyqırımı Memorialına səfəri barədə yazıb.
Kirkin X mikrobloqunda deyilir: "Ermənistana səfərlərinin son günündə ABŞ vitse-prezidenti və ikinci xanım əbədi məşəlin önünə gül dəstələri qoydu və fəxri qonaqlar kitabına imza atdı".
Xatırladaq ki, ABŞ vitse-prezidentini Erməni Soyqırımı Muzey-İnstitutu direktoru Edita Qzoyan, Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və ABŞ-ın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili Devid Allen qarşılayıblar.
Səfərin sonunda ABŞ vitse-prezidenti Erməni Soyqırımı Muzeyinin Fəxri Qonaqlar Kitabına xatirə qeydi edib və vurğulayıb: “İtirilənlərin həyatına dərin hörmətlə yanaşaraq, biz erməni xalqının dözümlülüyünü və sarsılmaz ruhunu ehtiramla yad edirik. Qoy Amerika və Ermənistan sülh və qarşılıqlı anlaşma gələcəyi üçün birlikdə səy göstərsinlər”.