Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini Yerevanla müzakirə etməyə hazırdır.
"Biz artıq Trampın yolu ilə bağlı mövqeyimizi müəyyən etmişik. Ermənistan-Amerika təşəbbüsünün detalları hələ də öyrənilməlidir", - deyə diplomat əlavə edib.
Qaluzin xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunacaq, ölkə Rusiya dəmir yolu xəttindən istifadə edir və Rusiya sərhədçiləri İranla sərhəddə yerləşdirilib.
"Ermənistanın AİB-ə üzvlüyünü də nəzərə almaq lazımdır. Bu şəraitdə tərəfdaşlarımızın Rusiyasız keçinə bilməyəcəyi göz qabağındadır", - nazir müavini bildirib.