Beynəlxalq səviyyədə tanınmış Fitch Ratings agentliyi Ermənistanın reytinqinin proqnozunu “müsbət”ə qaldırıb və reytinqi “BB” səviyyəsində təsdiqləyib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində bildirib.
“Bu, sadəcə statistik dəyişiklik deyil. Bu, Ermənistanın qəbul etdiyi iqtisadi siyasətin və institusional sabitliyin beynəlxalq bazarlarda keyfiyyətcə yeni çəki qazandığının peşəkar təsdiqidir.
Bu, dövlətimizin iqtisadi dayanıqlığına və siyasi iradəsinə inamın bəyannaməsidir.
Ermənistanın iqtisadi inkişaf prosesi yeni bir etimad mərhələsinə qədəm qoyur.
Hamımızı təbrik edirəm”, - deyə Baş nazir yazıb.