DGK sədri Eduard Hakobyan İran İslam Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib. Bu barədə DGK sədrinin Facebook səhifəsindən məlumat əldə edib.
“Səfiri təyinatı münasibətilə təbrik edərək, onun fəaliyyətinin ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcəyinə ümid etdiyimi bildirdim.
Görüş zamanı iki ölkə arasında sərhədyanı ticarət axınlarının asanlaşdırılmasına yönəlmiş bir sıra vacib əməkdaşlıq sahələrini müzakirə etdik. Həmçinin səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınmasının məqsədəuyğunluğuna və bu proqramın həyata keçirilməsinə yönəlmiş addımlara toxunduq.
Söhbət əsnasında qeyd etdim ki, həyata keçirilən islahatlar nəticəsində yük maşınlarının orta gündəlik buraxılış qabiliyyətinin əhəmiyyətli göstəriciləri qeydə alınıb, eləcə də qarşılıqlı razılaşmalar sayəsində Ermənistan və İran arasında ticarət dövriyyəsinin həcmi xeyli artıb. Davam edən islahatların bir hissəsi olaraq, gələn il ərzində sərhədin tamamilə yeni avadanlıqlarla təchiz edilməsi planlaşdırılır", - məlumatda deyilir.