Fevralın 4-də Müdafiə Nazirliyinin inzibati kompleksində müdafiə nazirinin müavini Karen Brutyan Ermənistanda rəsmi səfərdə olan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhanı qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığı prosesini, eləcə də hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.