Avqustun 4-də Ermənistan səfiri Vahagn Afyan Hindistan Müdafiə Nazirliyinin yeni təyin olunmuş Beynəlxalq Əməkdaşlıq üzrə Birgə Katibi Amit Telanq ilə görüşüb. Bu barədə Ermənistanın Hindistandakı səfirliyi məlumat verib.
Ermənistanın Hindistandakı hərbi attaşesi polkovnik Arkadi Tonoyanın da qatıldığı görüşdə iki ölkə arasında müdafiə əməkdaşlığı, xüsusən də hərbi-sənaye və hərbi-təhsil sektorlarında əməkdaşlıq məsələləri, eləcə də qarşıdan gələn müvafiq səfərlərin təşkilati məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əlaqələrin aktiv davamlılığının təmin edilməsi, əməkdaşlığın inkişaf etdirilməsi və strateji xarakterli münasibətlərin dərinləşdirilməsi istiqamətlərinə toxunublar.