Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Nikol Paşinyana Ermənistan Respublikasının baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli Nikol Vovayi,
Ermənistan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Özbəkistan və Ermənistan arasında qarşılıqlı münasibətlərin ardıcıl inkişafına töhfə verəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alilərinizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli dövlət fəaliyyətinizdə uğurlar, Ermənistan xalqına isə sülh və firavanlıq arzulayıram”.