28 iyulda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Bu barədə ER Təhlükəsizlik Şurasının ofisi məlumat verib.
Təhlükəsizlik Şurasının katibi səfir Olivye Dekotininin Ermənistan-Fransa münasibətlərində strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsinə, eləcə də iki ölkə arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib. Öz növbəsində, səfir Dekotini son illərdə göstərilən sıx əməkdaşlıq və dəstəyə görə ona təşəkkür edib.
Həmsöhbətlər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan Ermənistan-Fransa strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə siyasi dialoqun və əməkdaşlığın davamlı olaraq dərinləşdirilməsinə əhəmiyyət veriblər.