"Jerusalem Post" qəzeti adsız mənbələrə istinadən bildirib ki, Tehran ballistik raketlər üzrə qırmızı xətti keçərsə, İsrail ABŞ-ı İrana zərbə endirə biləcəyi barədə xəbərdar edib.
Qəzet qeyd edib ki, İsrail Müdafiə Nazirliyinin rəsmiləri bu yaxınlarda amerikalı həmkarlarına İranın ballistik raket proqramının İsrail üçün mövcud təhlükə olduğunu bildiriblər.
İsrailin İranın raket imkanlarını və istehsal infrastrukturunu məhv etmək niyyəti son həftələrdə keçirilən bir sıra yüksək səviyyəli görüşlərdə qeyd olunub.
İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Yəməndə husilərə qarşı son hərəkətlərinə bənzər şəkildə İrana məhdud zərbələr endirə biləcəyindən narahatdırlar. Bu isə İsrail hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.