Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi məhkəmənin icraatına verilib.
Bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Satayşi deyib.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində hücum edən şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Satayşi, hələ ki məhkəmənin keçirilmədiyini və hökmün çıxarılmadığını qeyd edib.