Ermənistan Respublikası Azərbaycanla mövcud problemlərin müstəsna olaraq siyasi yolla həllinə sadiq qalır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“Ona görə də Azərbaycanın ER tərəfindən hər hansı təxribat törədəcəyi ilə bağlı yaydığı bəyanatlar tamamilə yalandır. ER vəziyyəti gərginləşdirmək niyyətində deyil, əksinə, əvvəllər təklif etdiyi deeskalasiya mexanizmlərinin müzakirəsinə açıq qalır.
Biz regionun sabitliyində maraqlı olan bütün tərəfdaşların diqqətinə çatdırırıq ki, ER ən qısa zamanda Azərbaycanla bu istiqamətdə müzakirələri davam etdirməyə hazırdır”, - XİN-in məlumatında deyilir.