Bu gün BMT-nin bir qrup eksperti Dağlıq Qarabağda dəhşətli humanitar böhrana səbəb olan Laçın dəhlizinin Azərbaycan tərəfindən davam edən blokadası ilə bağlı narahatlığını bildirib. Bu barədə Ermənistanın İsveçrədəki səfirliyi məlumat yayıb.
Blokada nəticəsində Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol son 7 ay ərzində bağlı qalıb, bunun nəticəsində əhali ərzaq, tibbi və gigiyena ləvazimatlarının kəskin çatışmazlığı ilə üzləşib.
“Laçın dəhlizinin blokadası humanitar böhrandır və ərzaq ehtiyatlarının, o cümlədən balıq məhsulları, quş əti, süd məhsulları, buğda, şəkər və uşaq qidalarının kəskin azalmasına səbəb olub”, - ekspertlər bildiriblər.
Ekspertlər Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq Laçin dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini dərhal bərpa etməyə çağırırlar.
“İndiki kəskin vəiyyətdə bütün insanların təhlükəsizliyini, ləyaqətini və rifahını təmin etmək lazımdır. Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, insan hüquqlarına, o cümlədən qida, sağlamlıq, təhsil və həyat hüquqlarına hörmət və mühafizə etməyə çağırırıq”, - ekspertlər deyir.