Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “Twitter” mikrobloqunda Ermənistan ərazisinin Azərbaycan ərazisi kimi təqdim edilməsi ilə bağlı daha bir hadisəyə toxunub.
“Qonşu ölkənin suveren ərazisinə iddianın növbəti açıq təbliğatı. Azərbaycan televiziyasında hava proqnozu zamanı Ermənistan Respublikası, o cümlədən paytaxt Yerevan şəhəri Azərbaycan kimi təqdim olunur. Göstərilən xəstə illüziyalar və düşmənçilik ritorikası qəti şəkildə rədd edilməlidir”.