Aprelin 3-də Buxarestdə ER xarici işlər naziri Ararat Mirzoyan Rumıniya Senatının sədri vəzifəsini icra edən Alina-Stefaniya Qorqiu ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Rumıniya ikitərəfli gündəliyinə aid məsələlərə toxunublar. İki ölkə arasında əlaqələrin inkişafında parlament diplomatiyasının rolu vurğulanıb, iki ölkənin parlamentlərindəki dost qruplar arasında səmərəli əməkdaşlığın və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Hər iki tərəf Rumıniyadakı erməni icmasının iki xalq arasında və müstəqillik əldə etdikdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə də toxunublar.
Ermənistan Respublikasının Xİ nazirii Rumıniya Senatının sədri vəzifəsini icra edən Alina-Stefaniya Qorqiuya Cənubi Qafqazda sülhün bərqərar olunması sahəsində mövcud problemləri ətraflı şəkildə təqdim edib. Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması və Dağlıq Qarabağ məsələsinin əsas problemlərinin ədalətli həllinin tapılması istiqamətində erməni tərəfinin səylərinə toxunub.
Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanmasına toxunan Ararat Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərarın icrasının və Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınmasının vacibliyini vurğulayıb.