Ermənistan Atom Elektrik Stansiyasının bağlanması məsələsini qaldırmağa yönəlmiş Azərbaycan nümayəndə heyətinin növbəti təşəbbüsü Avronest Parlament Assambleyasının Enerji üzrə Komitəsinin iclasında uğursuzluğa düçar oldu. Bu barədə erməni nümayəndə heyətinin üzvü Arman Yeğoyan bildirib.
“Avronest Parlament Assambleyasının Enerji üzrə Komitəsinin iclasında azərbaycanlılar ənənəyə görə Ermənistan AES-i nəzərdə tutaraq, Sovet atom stansiyaları məsələsini qaldırdılar. Lakin digər bütün hallarda olduğu kimi bu dəfə də bu cəhdlər uğursuzluğa düçar oldu”,- derə Yeğoyan qeyd etdi ki, Avronest-in PA səviyyəsində atom stansiyası ilə bağlı heç bir problemin olmadığı təsdiq edildi.