Bloomberg xəbər verir ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsinin qəbulu, çox güman ki, noyabr ayında keçiriləcək ABŞ Konqresinin ara seçkilərinə qədər təxirə salınıb.
Qanun layihəsi ABŞ prezidentinə Rusiya neftinin əsas idxalçıları olan ölkələrə 100% tarif tətbiq etmək hüququ verir.
Bloomberg qeyd edir ki, ABŞ prezidenti Donald Trampın tarif səlahiyyətlərini genişləndirən və yanacaq qiymətlərini qaldırmaqla hədələyən qanunvericilik təşəbbüsünün ara seçkilərdən əvvəl müzakirə olunmayacağı ehtimal olunur.
Jurnalistlərin sözlərinə görə, "Cəhənnəm sanksiyaları" qanun layihəsi Senatda təsdiqlənib, lakin təşəbbüs Nümayəndələr Palatasında daha az dəstək qazanıb. Demokratlar Trampın qanun layihəsini yeni tariflərin tətbiqi üçün başqa bir hüquqi əsaslandırma kimi istifadə edəcəyindən qorxurlar.
Böyük biznes də etiraz edir və qanun layihəsinin ABŞ-ın ticarət tərəfdaşları və müttəfiqləri olan ölkələrə tarif tətbiq etməyə imkan verdiyini və "istehlakçılar üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyini" bildirirlər.
“Cəhənnəm sanksiyaları” qanun layihəsi Rusiya neft və qazının əsas alıcıları olan beş ölkəyə 100 faizlik tarif tətbiq edəcək. Konkret ölkələrin adları çəkilməsə də, Hindistan və Çin Rusiya enerjisinin ən böyük alıcılarıdır.