21 iyulda Ottavada Ermənistan Respublikası və Kanada Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Məsləhətləşmələrə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Kanada xarici işlər nazirinin müavini Aleksandr Levek sədrlik ediblər.
Həmsöhbətlər iki ölkə arasında inkişaf edən ikitərəfli münasibətlərin hazırkı səviyyəsini məmnuniyyətlə qeyd ediblər ki, bu da Kanada Baş naziri Mark Karninin rəhbərlik etdiyi nümayəndə heyətinin Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana səfəri ilə yeni təkan verib. İkitərəfli yüksək səviyyəli əlaqələrin davam etdirilməsi vurğulanıb.
Ermənistan-Kanada ikitərəfli gündəliyinin təşviqi ilə bağlı geniş məsələlər müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəf ikitərəfli iqtisadi münasibətlər və qarşılıqlı maraq doğuran sahələrə investisiyalar vasitəsilə siyasi münasibətlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xarici işlər nqzirinin müavini Vahan Kostanyan həmçinin kanadalı həmkarına Cənubi Qafqazda bərqərar olmuş sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş regional inkişaflar və səylər barədə məlumat verib.
Görüşdə beynəlxalq inkişafla bağlı da fikir mübadiləsi aparılıb.