20 iyuldan etibarən Vazgen Sargsyan Hərbi Akademiyası və Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universiteti qurumun əlaqəli tərəfdaşları kimi Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin böyük ailəsinə qoşulub. Bu barədə müdafiə naziri Suren Papikyanın Facebook səhifəsində bildirilib.