Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Amerika Xarici Siyasət Şurasında (AFPC) “Ermənistanın tərəqqi yolu” adlı dəyirmi masa müzakirəsində iştirak edib. Bu barədə səfirlik məlumat verir.
Səfir çıxışında Ermənistan-ABŞ münasibətlərinin cari gündəliyini təqdim edib, ikitərəfli əməkdaşlığın inkişafının əsas istiqamətlərinə toxunub və yüksək texnologiyalar, kritik minerallar, yarımkeçiricilər, nüvə enerjisi və süni intellekt daxil olmaqla müxtəlif sektorlarda yeni imkanları vurğulayıb.
Müzakirə zamanı iştirakçılar Ermənistan-ABŞ münasibətləri, regional inkişaflar, Ermənistanın xarici siyasət prioritetləri və digər məsələlərlə bağlı suallar veriblər.