16 iyulda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandakı Avropa İttifaqı Mülki Missiyasının rəhbəri Satu Koivunu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat verib.
Qonağı salamlayan Armen Qriqoryan Ermənistandakı Avropa İttifaqı Mülki Missiyasının fəaliyyətini yüksək qiymətləndirib və Ermənistanın missiya ilə səmərəli əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu vurğulayıb. Satu Koivu səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi və Ermənistanın dövlət qurumları ilə qurulmuş səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, onu davam etdirmək istəyini bir daha təsdiqləyib.
Görüş zamanı həmsöhbətlər gələcək əməkdaşlıqla bağlı məsələlərə də toxunublar.