Iran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, ABŞ İranla anlaşma memorandumunun bütün müddəalarına zidd hərəkət edir.
Tasnim xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, "Bir bəndin yerinə yetirilməməsi bütün anlaşma memorandumunu məhv etmək üçün kifayət idi. İndi ABŞ bütün öhdəliklərini pozub".
İran xarici işlər nazirinin müavini həmçinin Tehran və Vaşinqtonun həftəsonu Omanda danışıqlar apardığı barədə məlumatları təkzib edib.
O, məsləhətləşmələrin yalnız İran və Oman nümayəndələri arasında keçirildiyini vurğulayıb.