ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamalar verib. O, qeyd edib ki, iranlılarla danışıqların yeganə yolu güc yoludur və yeganə güc hərbidir.
"İndi danışıqlar aparmaq istəmirəm. Sözün düzü, iki gün əvvəl biz razılaşma əldə etdik və sonra onlar son anda onu pozdular", - deyə ABŞ prezidenti bildirib.
Tramp iddia edib ki, əgər o, indi addımlar atmasaydı, iranlılar heç vaxt razılaşma əldə etməzdilər. "Bildiyiniz kimi, biz mülki əhali ilə çox diqqətliyik. Mən onlara dedim ki, razılaşma əldə edin, əks halda heç nəyiniz qalmayacaq. Amma onlar yalan danışmağa davam edirlər, mən heç vaxt belə bir şey görməmişəm."
ABŞ prezidenti Hörmüz boğazından keçidin açıq olduğunu açıqlayıb. "İrana girib-çıxmaq üçün bağlıdır. Biz artıq Texas və Alyaska da daxil olmaqla əla alternativlər haqqında düşünürük", - deyə Tramp vurğulayıb.