Reuters agentliyinin verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndəki ABŞ-ın rəhbərlik etdiyi Əl-Cufair hava bazasındakı hədəfləri vurduğunu bildirib.
"İran İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki Əl-Cufair hava bazasındakı silah anbarlarına, peyk rabitə mərkəzinə və ABŞ hərbi kompleksinə zərbə endirdiyini bildirib", - deyə məlumatda bildirilir.
Bundan əlavə, İİKK hücum nəticəsində Bəhreyndəki Patriot hava hücumundan müdafiə radarının, ABŞ-ın 5-ci Donanmasının hava nəzarət radarının və erkən xəbərdarlıq radar sisteminin məhv edildiyini bildirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İrana qarşı yeni hücumlar elan etmişdi.