Rusiya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşüblər. Hakan Fidan bildirib ki, Ankara Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına töhfə vermək üçün əlindən gələni etməyə hazırdır.
O qeyd edib ki, söhbət həm vasitəçi rolunu öz üzərinə götürməkdən, həm də danışıqlar üçün platforma təmin etməkdən gedir.
Sergey Lavrov Türkiyənin Ukraynada ədalətli, sabit və uzunmüddətli nizamlanmaya nail olmaqda səmimi marağını yüksək qiymətləndirib.
Diplomatlar həmçinin ikitərəfli münasibətləri, Yaxın Şərq və Qara dəniz bölgəsindəki hadisələri müzakirə ediblər.
Qafqaz və Asiya məsələlərinə toxunulub.
Hakan Fidan 17 iyun tarixinə qədər Rusiyada işgüzar səfərdə olacaq.