İranın xarici işlər naziri Abbas Əraqçi Çin rəsmiləri ilə məsləhətləşmələri uğurlu adlandıraraq qeyd edib ki, Tehran Pekinlə strateji tərəfdaşlığa dəyər verir.
"Bugünkü qərarlar regionun gələcək strateji balansını müəyyən edəcək və böyük dalğalanma effekti yaradacaq".
O, həmçinin Çin prezidenti Si Cinpinin irəli sürdüyü regional sülh üçün dörd prinsipi dəstəklədiyini bildirib və onların əsas əhəmiyyət kəsb etdiyini qeyd edib.
Si Cinpinin təklifi qonşu ölkələr arasında dinc yanaşı yaşamağı, milli suverenliyə və ərazi bütövlüyünə hörmət etməyi, beynəlxalq hüquqa riayət etməyi və təhlükəsizliklə iqtisadi inkişaf arasında tarazlığın təmin edilməsini nəzərdə tutur.
Əraqçi 16 sentyabrda Çinli həmkarı Vanq Yi ilə görüşmək üçün Pekinə səfər edib. O bildirib ki, İran ABŞ ilə imzalanmış anlaşma memorandumunu etibarlı hesab edir və münaqişənin diplomatik yolla həllinə qayıtmağa ümid edir.