15 sentyabrda ER müdafiə naziri Suren Papikyan Pekində ÇXR müdafiə naziri admiral Dun Tszyun ilə görüşüb.
Görüş zamanı müdafiə sektorunda Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər müdafiə sektorunda ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək, yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsinin və uzunmüddətli planlaşdırmanın vacibliyini vurğulayıblar.
Görüşdə ER-nin ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Vahe Gevorqyan da iştirak edib.