14 sentyabrda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Avropa Xarici Fəaliyyət Xidmətinin sülh, tərəfdaşlıq və böhranların idarə edilməsi direktorluğunun strateji icmal və faktların araşdırılması missiyasının nümayəndələrini qəbul edib. Bu barədə Təhlükəsizlik Şurası Ofisindən məlumat verilib.
Müzakirələr Ermənistandakı AB missiyası ilə bağlı məsələlərə, eləcə də qarşılıqlı maraq doğuran digər mövzulara yönəlib.