Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, Ermənistan ətrafındakı vəziyyət Avrasiya İqtisadi Birliyi ölkələri üçün müəyyən iqtisadi risklər yarada bilər və bu risklər qiymətləndirilməlidir. Bu barədə РБК məlumat verir.
“Avropa Birliyinə və Avrasiya İqtisadi Birliyinə üzvlük bir-biri ilə uyğun gəlmir. Prinsipcə, onlar (Ermənistan) da bunu başa düşürlər. Bildiyimiz və eşitdiyimiz qədər, hazırda orada Avropa standartlarına və Avropa texniki qaydalarına keçid üçün kifayət qədər fəal iş aparılır. AİB üzv dövlətləri üçün müəyyən iqtisadi risklər yarana bilər və bu risklər də qiymətləndirilməlidir. Dövlət başçıları bu mövzunu müzakirə etmək istəsələr, Ali Avrasiya İqtisadi Şurasında bu məsələ ilə bağlı müzakirələrin olacağı göz qabağındadır”, - deyə Overçuk bildirib.
O hesab edir ki, Ermənistan həm imtiyazların əhatə dairəsini, həm də birlik ölkələri ilə ticarət həcmini “çox yaxşı” başa düşdüyü üçün AİB-dən çıxmaq niyyətində deyil.