Rusiya Ermənistanla iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib və əlavə edib ki, Moskva regiondakı təhlükəsizlik məsələlərini qarşılıqlı hörmət əsasında həll etmək istəyir.
Diplomat qeyd edib ki, Rusiya Ermənistanın taleyi ilə bağlı sözlə deyil, respublikanın inkişafına yönəlmiş siyasət həyata keçirib.