Narek Mkrtçyan bu gün səfirlikdə bir neçə həftə əvvəl Ermənistan-ABŞ münasibətlərini öyrənmək üçün Nexus proqramı çərçivəsində Ermənistanda olan Corctaun Universitetinin magistr tələbələrindən ibarət qrupu qəbul edib. Bu barədə səfirlik məlumat yayıb.
Görüş zamanı səfir Mkrtçyan ABŞ-Ermənistan gündəliyi, Vaşinqton Memorandumları, eləcə də mövcud ikitərəfli əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. Enerji, süni intellekt, eləcə də səhiyyə, təhsil və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Tələbələr geosiyasi inkişaflar, hibrid təhdidlər, dezinformasiyaya qarşı mübarizə və digər mövzularla bağlı maraqlandıran suallar veriblər.