Çox vaxt tənqid görürük: bu nədir, keçmişi silməyə çalışırsınız, bu nədir, ağrımızı unutmağa çalışırsınız, bu nədir, redaktə etməyə çalışırsınız və s. Bu barədə “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Areg Koçinyan mətbuat konfransında bildirib.
“Bir şeyi qeyd etməyi çox vacib hesab edirəm: heç bir məqamda tariximizi unutmağı, fikir ayrılıqlarımızı unutmağı, həm öz cəmiyyətimizdə, həm də onların cəmiyyətində mövcud olan ağrıları unutmağı özümüzə hədəf qoymamışıq. Bu formatın məqsədi bu deyil, bu formatın məqsədi sülh gündəliyinə xidmət edən layihələr və müzakirələr yaratmağa çalışmaq, müsbət portfel yaratmağa çalışmaq, eyni zamanda ideyalar təklif etməklə mövcud problemlərin həllini dəstəkləməyə çalışmaqdır”, - deyə Areg Koçinyan qeyd edib.