Nikol Paşinyan Moskvadan Nyu-Yorka yola düşür. Baş nazir bu barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib və video yayımlayıb.
Xatırladaq ki, baş nazir Moskvada “Ümumdünya Atom Həftəsi” adlı konfransda iştirak edib. Tədbirdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi, Myanma prezidentinin səlahiyyətlərini icra edən Min Aunq Hlainq, Efiopiyanın baş naziri Abiy Əhməd Əli, İranın vitse-prezidenti Məhəmməd Eslami, Özbəkistanın baş nazirinin müavini Cəmşid Xocayev də iştirak ediblər.
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası davam edir.