Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır. Tərəflər Konfransının bu ilki tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.
Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
BMT-nin məlumatına görə, 100-dən çox dövlət və hökumət başçısı konfransda iştirakını təsdiqləyib.
COP-29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar birmənalı şəkildə qəbul edilməyib. Bir sıra siyasətçilər, ekoloqlar və təşkilatlar konfransın neft və qaz ixracı ilə tanınan ölkədə keçilməsini pisləyib. Azərbaycan həmçinin ölkədə media nümayəndələrinə və müxalif fikirli insanlara qarşı repressiyalara, erməni əsilərin həbsdə saxlanmasına, Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməsinə görə tənqid olunur.
Builki COP29 sammitində 40 000 adam iştirak edəcək, keçən ilki Dubay sammitində cəmi 83 884 nəfər iştirak edirdi.