Ardıcıl üçüncü gündür ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Respublikaçılar Partiyasının namizədi və Amerikanın keçmiş prezidenti Donald Trampı 3 faiz üstələyir. Bu barədə “New York Times” qəzeti sosial sorğuların aqreqatorunun məlumatlarına istinadən məlumat yayıb. Çərşənbə günü Harrisə 49%, Trampa 46% dəstək var.
Bundan əvvəl bir neçə gün ərzində demokratların namizədi rəqibini 2 faiz üstələyib.
Qəzet həmçinin qeyd edir ki, Tramp yeddi yelləncək ştatından üçündə liderdir: Şimali Karolina, Corciya və Arizona. Harris Pensilvaniya, Nevada, Miçiqan və Viskonsin ştatlarında liderlik edir. Rəqiblər arasındakı fərq minimaldır və 1-2 faiz bəndi təşkil edir.