• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Beynəlxalq təşkilatlar Avropa Şurasının baş katibini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıblar
İctimaiyyət
11:2719 Sen, 2024

Beynəlxalq təşkilatlar Avropa Şurasının baş katibini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıblar

18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.
 
“Hesab edirik ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır”, - beynəlxalq hüquq müdafiə təşkilatlarının sentyabrın 18-də baş katibə ünvanladıqları məktubda qeyd edilir.
 
Beynəlxalq insan hüquqları təşkilatları qeyd edirlər ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib.
 
“Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs ediliblər, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fərdlərə yönəlir”, -məktubda vurğulanıb.
 
Tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən həbs edildiyini qeyd edən müəlliflər onun həbsinin Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının rəmzi göstəricisi olduğunu bildirirlər.
 
Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.
 
Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün  təsisçilərindəndir.
 
Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasınının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkib.
 
“Buna baxmayaraq, Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var”, -müəlliflər əlavə ediblər.
 
Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adları çəkilir.
 
Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və “Abzas Media”, “Toplum” TV və “Kanal 13”ü bağlayıb. Jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli, “Kanal 13”ün  direktoru Əziz Orucov və jurnalistlər Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
 
Beynəlxalq təşkilatlar vurğulayıblar ki, Avropa Şurası baş katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır.
 
Bununla yanaşı, Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməyə çağırılmalıdır.
 
Baş katib Alen Berse həmçinin COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.
 
Müraciəti imzalayıblar: Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), işgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi (Ukrayna) və başqaları.
 
Baxışların sayı12
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026
  • Kreml Tuskun Şimal Axını ilə bağlı açıqlamasından təəccübləndi 17:1521 Avq, 2026
  • İntizam səviyyəsinin artırılmasının alternativi yoxdur։ Suren Papikyan Müdafiə Nazirliyinin hərbi hissəsinə gözlənilməz səfər edib 16:1521 Avq, 2026
  • Avqustun 24-də Parlament Hökumət proqramını müzakirə etmək üçün iclas çağıracaq 15:0621 Avq, 2026
  • İranla razılaşma daha da çətinləşib: Tramp 11:4521 Avq, 2026
  • AB-nin Ermənistandakı missiyasının rəhbəri Martuni mərkəzini ziyarət etdi 10:4421 Avq, 2026
  • ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artıb 16:1420 Avq, 2026
  • Vahagn Aleksanyan və Böyük Britaniya səfiri ikitərəfli parlament əlaqələrini dərinləşdirmək perspektivlərini müzakirə ediblər 14:4020 Avq, 2026
  • TRIPP şirkətinin yaradılması ilə bağlı danışıqlar başa çatmaq üzrədir, heç bir maneə yoxdur: Paşinyan 13:2720 Avq, 2026
  • Trampın İrana qarşı siyasəti uğursuzdur: Əraqçi 11:1820 Avq, 2026
  • AB ölkələrinə ixrac həcmləri artıb 10:0320 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini və Almaniya Bundestaqının üzvü Ermənistan-Almaniya ikitərəfli gündəliyi məsələlərini müzakirə ediblər 17:1219 Avq, 2026
  • Rusiya və Ukrayna hərbi əsirləri mübadilə edib 17:0319 Avq, 2026
  • ER xarici işlər nazirinin müavini Hindistan müdafiə nazirini qəbul edib 15:4319 Avq, 2026
  • Azərbaycanın informasiya sahəsində Rusiyaya qarşı düşmənçilik xarakterli hekayələr var։ Zaxarova 14:3819 Avq, 2026
  • Tramp Kanada mallarına 50% gömrük rüsumu dayandırdı 11:3419 Avq, 2026
  • Ermənistan və Çexiya su sektorunda əməkdaşlığı dərinləşdirir 17:3118 Avq, 2026
  • Müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub 14:4818 Avq, 2026
  • Paşinyan və ABŞ Nümayəndələr Palatasının üzvü TRIPP-in tətbiqi və regional prosesləri müzakirə ediblər 14:4618 Avq, 2026
  • Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb 14:3018 Avq, 2026
  • Bu gecə Moskvada 600-dən çox PUA hücum edib 11:5918 Avq, 2026
  • ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti 17-21 avqust tarixlərində Ermənistana səfər edəcək 11:3018 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015