Bir neçə gün əvvəl Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, qarşılıqlı razılığa əsasən, kommunikasiyaların blokdan çıxarılması bəndi sülh sazişindən çıxarmaq və müzakirəni sonrakı mərhələyə keçirmək qərarına gəliblər.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bu maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığını təsdiqləyib. Eyni zamanda, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
“Bu razılaşma sayəsində kommunikasiyaların açılması Ermənistanın suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərliyə əsaslanan “Sülh kəsişməsi” layihəsində öz əksini tapmış sülh və iqtisadi inkişafa dair baxışının mühüm hissəsi olmaqda davam edir”,-o qeyd edib.