Avrasiya Iqtisadi Birliyinin üzvü olan Ermənistan son bir neçə ildə kifayət qədər böyük uğurlar əldə edib. Bu barədə deputat Vaqarşak Hakobyan bildirdi.
“Ötən il Ermənistan 12,7 faiz xalis iqtisadi artım əldə edib. Biz bütün bu nailiyyətləri Avrasiya iqtisadi Birliyi çərçivəsində fəaliyyətimizi inkişaf etdirərkən əldə etmişik.
Hesab edirəm ki, hazırda Avrasiya Iqtisadi Birliyinə üzvlüyümüzün bizim üçün alternativi yoxdur və Avrasiya Iqtisadi Birliyinə üzvlük ölkəmizə kifayət qədər müsbət şeylər gətirir”, - o deyib.